QARA QARAYEV ADINA MƏRKƏZİ İNCƏSƏNƏT MƏKTƏBİNİN RƏSMİ VEB SAYTINA XOŞ GƏLMİŞSİNİZ!

Məktəbin tarixi

Məktəb Bakı şəhər Xalq Deputatları Soveti İcraiy-

yə Komitəsinin 20/IX-1978-ci il 36/418 №-li arxiv

arayışına əsasən 1937-ci il sentyabr ayında Ley-

tenant Şmidt аdına   zavodun nəzdində fəaliyyətə

başlamışdır.

Məktəbin ilk direktoru Q.Ştrobidler olmuşdur.

1940-cı il sentyabr ayından 8 №li 7 illik Uşaq

Musiqi məktəbi kimi fəaliyyət göstərmişdir.

1947-ci ildən 1963-cü ilə qədər  məktəbə Yeva

Plednitskaya rəhbərlik  etmişdir.

1963-cü ildən 2007-ci ilə qədər məktəbə Respubli-

kanın Əməkdar müəllimi Rəna Hüseyn qızı Rəhi-

mova rəhbərlik  etmişdir.

1989-cu ildə məktəbə dahi bəstəkar Qara Qaraye-

vin adı verilmişdir.

2006-cı ildə məktəb 11-illik  musiqi  məktəbi sta-

tusunu alır.

2007-ci ildən məktəbə Respublikanın Əməkdar

müəllimi   Kamal Çingiz oğlu Paşazadə rəhbərlik edir.

2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti

cənab İlham Əliyevin fərmanı ilə məktəbin binası

yenidən inşa edilmiş, məktəb müasir avadanlıqlarla

və yeni musiqi alətləri   ilə təchiz olunmuşdur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

05/IX-2013-cü   il tarixli 246 nömrəli qərarına əsasən məktəbə Mərkəzi İncəsənət

Məktəbi statusu verilmişdir.

 

Məktəbə qəbul olmaq üçün əsas şərtləri bilməlisiniz.

Daha ətraflı məlumat almaq istəyənlər bu linkə daxil olsunlar